ABŞ səfiri bir qrup jurnalistlə görüşüb - BU HADİSƏLƏR AZƏRBAYCANI İLLƏRLƏ GERİYƏ ATIR

  • By admin
  • 03 May 2024 19:14

“Ötən ilin noyabrından Azərbaycanda müstəqil mətbuatın və vətəndaş cəmiyyətinin sıxışdırılması müşahidə olunur ki, bu da son dərəcə narahat edir və Azərbaycanı illərlə geriyə atır”.

 

Gununsesi.info-nun xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi bir qrup jurnalistə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ vəziyyətin yaxşılaşdırılması üçün hər cür tədbirlər görür. “Biz bunu həmkarlarımızla görüşlərdə açıq şəkildə edirik. Biz nəyisə açıq şəkildə edirik, nəyisə şəxsi qaydada və bunu davam etdirəcəyik”..

“ABŞ Azərbaycanda jurnalistlərin və vətəndaş fəallarının həbsinin qarşısını almaq üçün nə edə bilər?” sualına cavab verən səfir deyib ki, dövlət katibi Blinken insan hüquqları və saxlanmalar məsələsilə bağlı prezident Əliyevə zəng edib:  “Ancaq nə baş verdiyini Azərbaycan hakimiyyətindən siz soruşmalısınızAzərbaycanın beynəlxalq öhdəlikləri var və ABŞ bu kimi məsələləri bundan sonra da qaldıracaq, müstəqil KİV-i dəstəkləməyə davam edəcək”. 

Azərbaycanda bəzi media quruluşlarının ABŞ-dan maliyyələşməsinə dair hökumətin iddialarına da münasibət bildirən səfir deyib ki, Amerika tərəfi hər şeyi şəffaf edir: “Əgər hər hansı narazılıq varsa, bunu Azərbaycan hakimiyyətindən soruşmaq lazımdır”.

Pərviz

Gununsesi.info