
“Rusiya Qərb qoşunlarının Ukraynaya göndərilməsinə Vaşinqton, Paris və Londona nüvə zərbəsi ilə cavab verəcək”.
Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev teleqram kanalında yazıb.
“Qoşunlarınızı b ərazisinə göndərməklə Ukrayna öz ölkələrinin birbaşa müharibəyə girməsinə gətirib çıxaracaq və biz buna cavab verməliyik. Təəssüf ki, qlobal fəlakətə çevriləcək ”, – deyə Medvedev bildirib.
O, xəbərdarlıq edib ki, Qərb elitaları Rusiyanın Kapitoli təpəsində, Yelisey sarayında və Dauninq-strit 10-da cavabından qaça bilməyəcək.
“Yeri gəlmişkən, Kennedi və Xruşşov bunu 60 ildən çox əvvəl başa düşə biliblər. Amma Qərbdə hakimiyyəti ələ keçirmiş indiki uşaq axmaqları sadəcə başa düşmək istəmirlər”, – deyə Medvedev vurğulayıb.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi yaxın gələcəkdə təlimlərə başlanıldığını və təlimlər çərçivəsində qeyri-strateji nüvə silahlarının tətbiqinin həyata keçiriləcəyini də açıqlamışdı.
Daha sonra Kreml bəyan etmişdir ki, planlaşdırılan təlimlər Qərbdəki rəsmilərin Ukraynaya silahlı qüvvələrin göndərilməsi ilə bağlıdır.
Şəbnəm
Gununsesi.info