May pensiyaları ödənildi

 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayının pensiyaları bu gün ödənilib.

Gununsesi.info-ya bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.