Ombudsman həbsdəki siyasi fəallara baş çəkib

  • By admin
  • 01 May 2024 14:24

Gürcüstanın Ombudsmanı Tblisidə  son etiraz aksiyaları zamanı həbs edilən şəxslərə baş çəkib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Gürcüstanın İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsman) ofisi məlumat yayıb. 

Məlumatda deyilir ki, Ombudsman Ofisi aksiyada saxlanılanların yerini müəyyən etdikdən dərhal sonra 22 nəfər inzibati həbs yerlərinə yollanıb.

“İndiyədək Tbilisidəki Diqomi və Avçala, eləcə də Zuqdididəki təcridxanalarda inzibati qaydada saxlanılan 22 nəfərə baş çəkilib” deyə bildirilir.

Ombudsman, həmçinin,  klinikada Vahid Milli Hərəkatın sədri Levan Xabeişvili və partiya üzvü Sopo Caparidzeyə də baş çəkiblər.

Məlumatda, həmçinin, Ombudsmanın qaynar xətt yaratdığı aksiyalar zamanı hədsiz güc tətbiqi ilə üzləşənlərin müraciət etməsi tövsiyyə olunub.

 

Afət

Gununsesi.info