Rusiyanın qaz satışı kəskin azalıb

  • By admin
  • 03 May 2024 15:12

Rusiya nəhəngi “Qazprom”un 2023-cü ildə gəliri bir il əvvəlki ilə müqayisədə 27 faiz azalıb. Ən böyük azalma 43 faiz olmaqla qaz satışında qeydə alınıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə “Kommersant” qəzetinin hesablamalarında yazılıb.

Hesablamaya görə, korporasiya 2022-ci ildə Avropaya boru kəmərləri vasitəsi ilə 62 milyard kubmetr satmışdısa, 2023-cü ildə bu rəqəm 2,5 dəfədən çox azaldaraq 24 milyard kubmetrə düşüb.

 

Afət

Gununsesi.info