
Martın 31-də keçirilən yerli seçkilərdə ilk dəfə ikinci partiya mövqeyinə düşən AKP-də ciddi kadr dəyişikliyi aparılacaq.
Gununsesi.inf0 bildirir ki, bu barədə Türkiyə mediası yazıb.
Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanın yerli seçkilərdən dərhal sonra tez-tez dilə gətirdiyi “dəyişiklik”in ilk olaraq əyalət başçılarından başlayacaq. Ərdoğanın ötən gün keçirilən mərkəzi icra heyəti (MYK) toplantısında seçkilərin başlanmasına göstəriş verdiyi də bildirilir.
Bildirilir ki, AKP-nin növbəti dəfə CHP-yə uduzduğu İstanbul, Ankara, Antalya, Mersin və Adana il sədrləri ilə yanaşı, CHP-nin AKP-dən qalib gəldiyi Bursa, Balıkəsir və Dənizli il (rayon təşkilatı) sədrləri də var.
“Cumhuriyet”in yazdığına görə, yerli seçkilərdən sonra ötən gün prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə AKP-nin İdarə Heyətinin ikinci toplantısı keçirilib. İclasda 31 mart yerli seçkilərindəki məğlubiyyətin bir daha müzakirə olunub.
Afət Abbasova
Gununsesi.info