
Aprelin 26-da Azərbaycan prezidenti İlham Əliyev və Almaniya kansleri Olaf Şoltsun birgə mətbuat konfransı baş tutub.
Gununsesi.info bildirir ki, Prezident İlham Əliyev jurnalistlərin Azərbaycanda həbs olunan həmkarları haqqında sualına da cavab verib.
İlham Əliyev bildirib ki, Azərbaycanda insan hüquqları qorunur, media azadlığı təmin edilir. “Senzura yoxdur, azad internet var. Yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə də Azərbaycanı medianı əngəlləyən addımlar atmaqda tənqid etmək ədalətsiz olardı. Əgər internet azaddırsa, hansı məhdidiyyətdən söhbət gedə bilər? Fərdi məsələlərə gəldikdə isə, hüquq-mühafizə orqanları bütün məsələləri araşdırır. Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir. Əgər xaricdən qanunsuz maliyyə alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, bu o demək deyil ki, bizdə media azad deyil. Hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. Biz istənilən digər bir ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq. Azərbaycanda azad cəmiyyət var və insanlar azad şəkildə qururlar, yaradırlar, o cümlədən, media nümayəndələri də”.
Şəbnəm
Gununsesi.info