
Şamaxıda kişi restoranın həyətində özünü asıb.
Gununsesi.info xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən “Çinarlı” kafesində baş verib.
Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmış vəziyyətdə aşkar edilib.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.
Gununsesi.info