
Gürcüstan xalqının “rus qanunu”na qarşı davamlı mübarziəsi dünya mediasının diqqətinə səbəb olub.
Gununsesi.info–nun xəbərinə görə, Böyük Britaniyanın nüfuzlu The Guarduan qəzeti Tbılisi olaylarına geniş məqalə həsr edib.
Məqalədə dünyanın ayrı-ayrı liderlərinin, beynəlxalq qurumların, xüsusilə ABŞ Konrqresi üzvlərinin çağırışları əks olunub.
Məqalədə, həmçinin, Gürcüstanın Ombudsmanının fəaliyyəti də təqdir edilir.
Bildirirlir ki, Ombudsman Ofisi inzibati qaydada həbs edilənlərə baş çəkib.
Ombudsmanın, həmçinin qaynar xətt yaratdığından xüsusi zorakılığa məruz qalanların müracət etməsinə dair elanından da bəhs olunur.
Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Devid MakAllister qəzetə müsahibəsində deyib ki, Gürcüstdanda “qəddar repressiya” başlanıb.
Onun sözlərinə görə, Gürcüstan hökumətinin demokratik azadlıqlarla bağlı tutduğu mövqe narahatedicidir.
O, mübahisəli “xarici agent” qanun layihəsinə istinad edərək, “Bu qanun Gürcüstanın Aİ-yə üzvlük yolunu ciddi şəkildə poza bilər” deyə xəbərdarlıq edib. “Bu, bizim Avropa dəyərlərinə uyğun gəlmir”.
McAllister daha sonra əlavə edib.
“Biz Gürcüstan xalqının yanındayıq və onların azadlıq, demokratiya və nəticədə Avropaya inteqrasiya yolunda gələcək çağırışlarını dəstəkləyirik”.
Afət
Gununsesi.info