Ləman Ələşrəfqızı ələ keçirilmiş LAF TV-dən danışdı

  • By admin
  • 01 May 2024 13:41

“Yəqin ki, ölkənin hüquq-mühafizə orqanları məsələdən xəbərdardır. Biz sosial şəbəkə vasitəsi ilə müraciətlər də etmişik. Hazırda texniki heyətimiz LAF TV-nin Youtube kanalının geri qaytarılması üçün çalışır”.

 

Bunu Gununsesi.info-ya LAF TV-nin həmtəsisçisi Ləman Ələşrəfəqızı deyib.

Qeyd edək ki, dünəm əvvəl Azərbaycanın ən baxımlı internet tv-lərindən biri olan LAF TV-nin hesabı ələ keçirilib.

Ləman Ələşrəfqızı bildirib ki, olayla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aidiyyatı strukturuna da yazıblar: “Hələlik, gmail hesabımızı bərpa edə bilmişik”. 

“Hesab edirəm ki, nazirlik bu müraciətimizə ciddi yanaşmalı və tədbir görməlidir. Çünki, LAF Tv Azərbaycanda ən populyar internet orqanlarından biridir” deyə bildirib.

 

 

Günay

Gununsesi.info