
Kolumbiya prezidenti Qustavo Petro İsrailin Qəzzada Fələstin xalqına qarşı davam edən hücumlarına görə sabahdan etibarən İsraillə diplomatik əlaqələri kəsəcəyini açıqlayıb.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə adıçəkilən ölkənin telekanallarında prezidentin açıqlaması yayılıb.
İsrailin Qəzzada soyqırım törətdiyini vurğulayan Petro, “Bu gün küçələrə çıxan bütün bəşəriyyət bizimlə həmfikirdir: Biz soyqırım dövrünə qayıda bilmərik. İnsanlığın gözü qarşısında bütöv bir xalqın məhv edilməsini seyr edə bilmərik. Fələstin ölürsə, bəşəriyyət də ölür”.
Gununsesi.info