
Gürcüstan hökumətinin birinci oxunuşda parlamentdən keçirdiyi “Xarici agent haqqında” qanununa vətəndaşların kütləvi etirazları səngimir.
Gununsesi.info-nun Gürcüstdan mediasına istinadən verdiyi xəbərə görə, bugün axşam saatlarında parlamentin qarşısında on minlərlə insan etiraz aksiyası keçirir.
Aksiyadan yayılan foto və videolarda son etirazların əvvəlkilərdən daha da izdihamlı olması diqqəti çəkib.
Aksiyada çıxış edən müxalif fəallar bu qanunu Gürcüstanın Avropaya inteqrasiya yolundan sapması kimi dəyərləndirib.
Qeyd edək ki, ABŞ və Avropa İttifaqı Gürcüstan hökumətinə adıçəkilən qanunu qəbul etməməsi üşün dəfələrlə çağırış edib.
Afət Abbasova
Gununsesi.info