Rusiya iqtisadi cəhətdən geridə qalan ölkələr siyahısına düşəcək

Beynəlxalq Valyuta Fondu hesab edir ki, Rusiya yaxın illərdə həyat səviyyəsinə görə dünya ölkələri reytinqində öz mövqeyini itirməkdə davam edəcək.

Gununsesi.info xəbər verir ki, aparılan araşdırmalara görə  Rusiya Federasiyası hazırda adambaşına düşən ÜDM-in həcminə görə dünyada 68-ci yerdədir.

Bu da iqtisadi fəallıq səviyyəsinin və vətəndaşların həyat keyfiyyətinin göstəricisindən irəli gəlir.

Məlumata əsasən ötən il Rusiya iqtisadiyyatı adambaşına 13 648 dollar ÜDM istehsal edib.

Bu da onu göstərir ki, nəticə olaraq ABŞ-dan 6 dəfə (81 632 dollar), Almaniyadan 4 dəfə, dünya lideri Lüksemburqdan (129 810 dollar) 10 dəfə azdır.

Bildirilir ki, son 10 ildə Rusiya Federasiyasında adambaşına düşən ÜDM 16% azalıb. Nəticədə, dünya reytinqində Rusiya Meksika (13 642 dollar) ilə eyni səviyyədə, Panama (18 725 dollar), Argentina (14 024 dollar), Bolqarıstan (15 854 dollar) və Macarıstandan (22 146 dollar) aşağı yerdə olub.

Verilən məlumatda yaxın üç ildə Rusiyada adambaşına düşən ÜDM 11% artaraq 15 146 dollar təşkil ediləcəyi deyilir.

Nəticədə də Rusiya yenidən geridə qalan ölkələr siyahısına düşə bilər, eyni zamanda Qazaxıstan və Türkmənistandan geri qalacağı gözlənilir.

Əldə olunan hesablamalara görə, Türkiyə (14 010 dollar), Mavrikiy adası (18 124 dollar), Malayziya (17 075 dollar), Serbiya (17 823 dollar) və Dominikan Respublikası (15 925 dollar) Rusiyadan yüksək olacaq.

Rusiya hökuməti Vladimir Putinin qarşısına beşinci müddətinin sonuna qədər ÜDM-i 20% artırmaq məqsədi qoyur, bu da iqtisadiyyatın iyirmi ildən artıqdır görmədiyi bir dəyərdir.

Lakin ekspertlər Rusiya hakimiyyətinin iddialı proqnozlarına inanmırlar. Onların hesablamalarına görə, Rusiya iqtisadiyyatının artımı 2025-ci ildə 1,8%-ə, 2029-cu ildə isə cəmi 1,2%-ə qədər yavaşlayacaq.

Nəticədə Rusiya dünya üzrə orta göstəricidən daha yavaş inkişaf etməyə davam edəcək və qlobal ÜDM-dəki payını itirəcək.

Əgər indi bu rəqəmlər 2,9% təşkil edirsə və 2029-cu ilə qədər 2,7% -ə qədər azalacaq.

 

Şəbnəm

Gununsesi.info