
Rəqəmsal texnologiyaların həyatımızın ayrılmaz hissəsinə çevrildiyi müasir dünyada məşhur messencerlərə və sosial şəbəkələrə çıxış məsələləri getdikcə aktuallaşır. Bunun bariz nümunələrindən biri bəzi ölkələrdə qadağalar və məhdudiyyətlərlə üzləşən mesajlaşma platforması WhatsApp-dır.
Gununsesi.info xəbər verir ki,“WhatsApp”ın baş direktoru Will Cathcartın sözlərinə görə, qadağalara baxmayaraq, dünyada “on milyonlarla” insan məhdudiyyətlərdən yan keçməyin və məşhur messencerə giriş əldə etməyin yollarını tapır.
WhatsApp-dan istifadə qadağaları İran, Şimali Koreya, Suriya kimi ölkələrdə qüvvədədir.Ən son olaraq Çin də bu siyahıya qoşulub.
Qətər, Misir, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri kimi bəzi ölkələrdə səsli zənglər məhdudlaşdırıb.
Cathcart bildirib ki, bir sıra dövlətlər tərəfindən WhatsApp məhdudlaşdırmalarına baxmayaraq insanlar belə olan halda VPN-lərdən istifadə edir.
Bundan əlavə, ötən ilin iyun ayında messencerə girişi asanlaşdırmaq üçün xüsusi WhatsApp proksi xidməti də istifadəyə verilib.
Baş direktor Çində iPhone istifadəçilərinin WhatsApp-ı AppStore-dan yükləməsinin əngəllənməsi qərarı absurt hesab edir.
Cathcart uzun müddətdir ki, Qərb texnologiya platformalarının uğurlu ixracının liberal demokratiya dəyərlərinin yayılmasının açarı olduğuna inanır.
O, etiraf edir ki, Qərbdə azad və açıq internet ideallarının zəifləməsi ilə yanaşı, onun təsiri də getdikcə azalır.
Yekun olaraq qeyd edək ki, rəqəmsal məhdudiyyətlər dövründə kommunikasiya platformalarına çıxış mühüm məsələdir.
Rabitə və məlumat mübadiləsi azadlığını təmin etmək üçün həll yollarının tapılması və alternativ paylama metodlarından istifadə getdikcə daha çox əhəmiyyət kəsb edir.
Xatırladaq ki, Çin təzəliklə Telegram-a qadağa qoyub, eyni zamanda “Threads” mikrobloq tətbiqinin silinməsini də tələb edib.
Şəbnəm
Gununsesi.info