
Azərbaycanda narkotik ittihamı ilə həbs edilən daha bir vətəndaş bəraət alıb.
Bu barədə Gununsesi.info-ya danışan vəkil Elçin Sadıqov bildirib ki,DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsi tərəfindən narkotik ittihamı ilə həbs edilən vətəndaş Ayaz Osmanov barəsində bəraət hökmü Bakı Apellyasiya Məhkəməsində çıxarılıb.
“Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasov AR CM-nin 234.4.3. maddəsi ilə məhkum edilmiş Ayaz Osmanovun işi üzrə apellyasiya şikayətini təmin edərək, Osmanova bəraət verib” deyə vəkil əlavə edib: “Ayaz Osmanov Bakı Ağır Cİnayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi”.
Elmar
Gununsesi.info