
Hazırda Gürcüstan paytaxtı Tblisidə müxalif qüvvələrin “Rus qanunu” adlandırılan “Xarici agent haqqında” qanuna etiraz aksiyası başlanııb.
Gununsesi.info-nun xəbərinə görə, Gürcüstan parlamentinin qarşısında başlanan aksiyada minlərlə insan iştirak edir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə aksiya iştirakçıları ilə polis arasında qarşıdurmanı əks etdirən görüntülər də yayılıb.
Qeyd edək ki, Gürcüstan parlamenti adıçəkilən qanunu qəbul etmək istəyir.
Bu qanun ilk dəfə Rusiyada qaəbul edilib.
Həmin qanunun qəbulundan sonra Rusiyada azad media və vətəndaş cəmiyyəti sıradan çıxarılıb.
Gununsesi.info