Mingəçevirdə 52 yaşlı kişi hündürlükdən yıxılaraq öldü

  • By Günel
  • 01 Yanvar 2025 22:53

Mingəçevir şəhərində bədbəxt hadisə nəticəsində xəsarət alan şəxs müalicə aldığı xəstəxanada keçinib.

“Report”un Qərb bürosunun məlumatına görə, 1973-cü il təvəllüdlü İ.Baxışov ağır xəsarətdən müalicə aldığı xəstəxanada vəfat edib.

Yaxınlarının bildirdiyinə görə, mərhum usta kimi çalışdığı məkanda hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info