Gəncədə avtomobil qəzası: 3 nəfər xəsarət alıb

  • By Günel
  • 02 Yanvar 2025 08:37

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, prospektdə hərəkətədə olan “Hyundai” ilə “VAZ 2106” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.