
Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev 2026-cı il Qış Olimpiya Oyunlarına lisenziya qazanıb.
Qış İdman Növləri Federasiyasından Gununsesi.info -ya verilən məlumata görə, 24 yaşlı idmançı bu hüquqa ABŞ-ın Boston şəhərində keçirilmiş fiqurlu konkisürmə üzrə dünya çempionatında yiyələnib.
O, qısa və sərbəst proqram üzrə çıxış edərək 233,31 xal toplayıb və 39 idmançı arasında 15-ci yerdə qərarlaşaraq, olimpiadaya vəsiqəni təmin edib.
Azərbaycanın digər təmsilçilərindən Nərgiz Süleymanova və buz üstündə rəqs idman növü üzrə yarışan Samanta Ritter – Daniel Brıkalov cütlüyü isə qısa proqramda rəqiblərindən geri qalaraq, növbəti mərhələyə vəsiqə qazana bilməyiblər.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunları 6 – 24 fevral 2026-cı ildə İtaliyanın Milan və Kortina dAmpertso şəhərlərində keçiriləcək.