Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir - Ərdoğan

  • By Günel
  • 30 Mart 2025 16:44

Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqalada Amfibiya Korpusu Komandanlığının şəxsi heyətinə müraciətində deyib.

O bildirib ki, Türkiyə Suriya və İraqda terrorla mübarizə aparır: “Eyni zamanda biz Albaniya, Liviya, Azərbaycan, Qətərdə sülh və təhlükəsizliyin təsis olunmasına töhfə veririk”.

Gununsesi.info