
Navalnının vəkillərinə qarşı iş onun həbsdə olduğu koloniyanın yaxınlığındakı məhkəməyə verilib.
Gununsesi.info rus mediasına istinadən xəbər verir ki, Aleksey Navalnının üç vəkilinin işi Vladimir vilayətinin Petuşinski rayon məhkəməsi tərəfindən qeydə alınıb.
Bu barədə məhkəmə materialınd deyilir.
Məlumata əasən onun vəkilləri Vadim Kobzev, Aleksey Liptser və İqor Serqunin ekstremist icmada iştirakda ittiham olunurlar.
Müstəntiqlərin sözlərinə görə, onlar mütəmadi olaraq müxalifətçinin məktublarını onun tərəfdaşlarına ötürürmüş.
Qeyd edək ki, mayın 28-də Kobzev və Liptserin həbs müddəti uzadılıb.
İlhamə
Gununsesi.info