
Ağdaşda yük maşını aşdı, yaralananlar var
Gununsesi.info xəbər verir ki, hadisə Ləki qəsəbəsində baş verib.
Yol döngəsində idarəetmədən çıxaraq aşan yük maşınında xəsarət alan 1964-cü il təvəllüdlü Abdullayev Kərəm İskəndər oğlu və 1962-ci il təvəllüdlü Vəliyev İlham Ağa oğlu xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.