Şabranda maşın ağaca çırpıldı - 2 qardaş öldü

Şabran rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, “VAZ 21015” markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində Şabran rayonu Gəndob kənd sakinləri Elməddin və Əməli Fərzəliyev qardaşları hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info