Paşinyana qarşı impiçment proseduruna start verildi

Ermənistanın Vahid Milli Konstitusiya Partiyası ölkənin baş naziri Nikol Paşinyana etimadsızlıq göstərilməsi proseduruna (impiçment) başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə partiyanın sədri Hovik Ağazaryan özünün “Facebook” hesabında məlumat verib.

Onun sözlərinə görə, yeni hökumət başçısı postuna namizədin adı mayın 20-də açıqlanacaq.

Gununsesi.info