Elton Con: Məndən çox şey qalmadı - FOTO

  • By Günel
  • 04 Oktyabr 2024 23:24

Səhhətində problemlər yaşayan məşhur britaniyalı müğənni Elton Con “Məndən çox şey qalmadı” deyərək pərəstişkarlarını məyus edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 77 yaşı olan britaniyalı müğənni Elton Con səhhətində yaranan problemlərə görə səhnədən uzaqlaşıb.

Sənətçi səhhətinin hazırkı durumu və üzləşdiyi bütün çətinliklərlə bağlı  “Never Too Late” (Heç vaxt çox gec deyil) filminin premyerasında açıqlama verib.  O, özünəməxsus yumor və təbəssüm hissi ilə sağlamlıq problemlərini açıqlayarkən bunları deyib:

“Düzünü desəm, məndən çox şey qalmayıb. Mənim badamcıqlarım, adenoidlərim yoxdur, əslində məndən yalnız sol ombam qalıb. Amma hələ də burdayam, məni mən edən insanlarsınız və bunun üçün sizə təşəkkür edirəm.”

Elton John: Benden geriye pek bir şey kalmadı

Günel Həsənova

Gununsesi.info