Düşənbə miqrantlarla bağlı vəziyyətdən narahatdır

Tacikistan Rusiyada öz vətəndaşlarının vəziyyətindən narahatdır.

Gununsesi.info xəbər verir ki, bu barədə Tacikistanın baş naziri Kohir Rasulzoda bildirib.

Baş nazir iki ölkənin hökumətlərarası komissiyasının Düşənbədə keçirilən iclasında miqrasiyanın tənzimlənməsi tədbirlərindən danışıb: “Vətəndaşlarımızın əsas hüquq və azadlıqlarının hər yerdə pozulması meylləri bizi narahat etməyə bilməz”.

O, əlavə edib ki, Tacikistan vətəndaşlarının “təhlükəsizliyin təmin edilməsi” bəhanəsi ilə ölkəyə buraxılmaması, giriş qadağası və deportasiya halları getdikcə daha çox baş verir.

 

Gununsesi.info