Deputat ATƏT-in konfransında iştirak edəcək

Milli Məclisin deputatı Ramil Həsən ATƏT-in İnsan ölçüsü üzrə Varşava Konfransında iştirak edəcək.

Bu barədə Gununsesi.info -ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, deputat konfransa qatılmaq üçün oktyabrın 6-da Polşaya səfər edəcək. Tədbirdə ATƏT regionunda insan hüquqları və fundamental azadlıqlar üzrə aktual məsələlər müzakirə ediləcək.

Səfər oktyabrın 9-da başa çatacaq.

 

 

Gununsesi.info