Müəllimlərin orta maaşı ölkə üzrə orta aylıq əmək haqqından aşağıdır

  • By admin
  • 05 Oktyabr 2024 12:20

Bugün ölkəmizdə Müəllimlər Günü qeyd olunur.

 

Müəllimlərin orta maaşı (830 manat) ölkə üzrə orta aylıq əmək haqqından (1003 manat) aşağıdır.

Müəllim polis zabitindən, dövlət qulluqçularından 2-3 dəfə aşağı əməkhaqqı alır.

40-45 il pedoqoji fəaliyyətlə məşğul olan müəllimlər kiçik istisnalarla 320-400 manat arası təqaüd alır.

Amma ömrü boyu milyonlar əldə edib bu stajla təqaüdə çıxan hakimə, prokurora, məmura 3-10 min manat pensiya verilir.

Ən şərəfli peşə sahibi olan müəllim də layaqətli, rahat həyatını təmin edəcək qədər maaş və pensiya almalıdır.

Bu, onun halal haqqıdır.

 

Elçin Rüstəmli

Gununsesi.info