Ağ Ev miqrantlar üçün ölkəyə humanitar giriş proqramını uzatmayacaq

  • By Günel
  • 05 Oktyabr 2024 08:30

ABŞ administrasiyası miqrantlar üçün ölkəyə müvəqqəti humanitar giriş proqramını uzatmayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi məlumat verib.

Kuba, Haiti, Nikaraqua və Venesueladan olan təxminən 530 000 miqrant 2022-ci ilin oktyabr ayından ABŞ-a hava yolu ilə gəlib və yaxın həftələrdə başa çatacaq humanitar proqram çərçivəsində ikiillik qrantlar alıb.

Nazirlikdən verilən məlumata görə, Bayden administrasiyası proqramı miqrantlara ölkəyə qanuni şəkildə daxil olmaq imkanlarını təmin etmək, eyni zamanda ABŞ-Meksika sərhədindən qeyri-qanuni keçidlərin sayını azaltmaq yolu kimi işə salıb.

Gununsesi.info