22-30 oktyabr 2026-cı il tarixlərində Bakıda keçiriləcək FIFA U-15 Dünya Kuboku və Festivalında Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui) komandaları iştirak edəcək.
Gununsesi.info xəbər verir ki, Bakı Təşəbbüs Qrupu (BTQ) bununla bağlı paylaşım edib.
“Sakit okeandan Azərbaycana – Futbol bizi birləşdirir!” başlıqlı paylaşımda hər iki ərazinin gənc futbolçularına uğurlar arzulanıb.
BTQ gənc idmançıların Azərbaycana səfərinin onlar üçün yeni dostluqlar qurmaq, unudulmaz təcrübələr qazanmaq, öz xalqlarının zəngin mədəniyyətini və ənənələrini dünyaya tanıtmaq baxımından əhəmiyyətli fürsət olacağına ümidvar olduğunu bildirib. Futbolun sadəcə idman növü deyil, gəncləri bir araya gətirən, müxtəlif mədəniyyətlər arasında körpülər yaradan və daha yaxşı gələcəyə ümid aşılayan vasitə olduğu vurğulanıb.











