Ukrayna Prezidenti Volodimir Zelenski xaricdə yaşayan 9,5 milyon ukraynalının ölkəyə qayıtmasının vacib olduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, Zelenski bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“Bizə 9,5 milyon insanın – evlərini itirən və müxtəlif ölkələrdə yaşayan insanların – Ukraynaya qayıtması lazımdır. Sadəcə yaşamaq və ölkələrini qurmaq üçün”, – deyə Zelenski bildirib.











