Vens: Rusiya və Ukrayna danışıqlara razıdır

  • Müəllif: Firuzə
  • 22 Oktyabr 2026 19:48

Həm Rusiya, həm də Ukrayna danışıqlar masasına oturmağa razıdır.

Gununsesi.info  xəbər verir ki, bunu ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens jurnalistlərin suallarını cavablandırarkən deyib.

Vens ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun danışıqları canlandırmağa nail olduğunu bildirib.

ABŞ-ın Vitse-prezidenti qeyd edib ki, Uitkoff Ukrayna və Rusiya ilə danışıqların nəticələrindən nikbindir.

“Düşünürəm ki, hər iki ölkə danışıqlar masasına oturmağa razılaşıb”, – Vens vurğulayıb.

Gununsesi.info