Məlahət İbrahimqızı: Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi sarsılmazdır

  • Müəllif: Orxan
  • 05 Noyabr 2026 17:27

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 8-də Azərbaycana gözlənilən səfəri ilə bağlı fikirlərini bölüşüb.

O, bu səfərin Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmazlığını, iki qardaş dövlətin siyasi iradə və həmrəyliyini bir daha nümayiş etdirəcəyini, eləcə də ölkələr arasında münasibətlərə xələl gətirmək istəyən qüvvələrin məkrli niyyətlərinə tutarlı cavab olacağını vurğulayıb.

Gununsesi.info-ya danışan Məlahət İbrahimqızı bildirib ki, qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Təyyub Ərdoğanın 8 noyabrda Azərbaycana səfəri Türkiyə ilə Azərbaycan arasında nifaq salmaq istəyənlərin, iki ölkənin siyasi liderləri arasındakı qardaşlığı və müttəfiqliyi pozmaq etməyənlərin hər cür çirkli oyunlarını və arzularını alt-üst edəcəkdir:

“Bu səfər hər iki ölkənin daxilində və xaricində maska altında hətta iki xalq arasında nifaq salmaq istəyən qüvvələrə də çox tutarlı cavab olacaqdır. Çox təəssüf ki, sionist zehniyyətli bu qüvvələr Azərbaycan və Türkiyə qardaşlığının və müttəfiqliyinin əbədi olduğunu və bu iki dövlətin Rəcəb Təyyub Erdoğan və İlham Əliyev kimi dünya siyasətində böyük nüfuza malik müdrik liderlərinin olduğunu hələ də anlamırlar”,- deyə o, həmçinin qeyd edib.

Elmar

Gununsesi.info