
Yeni Zelandiya polisi 3 ildən artıqdır itkin düşmüş ata və onun 3 uşağını tapmaq məqsədilə Şimal adasının sərt Vaykato bölgəsində yeni əməliyyata başlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 2021-ci il Milad bayramına az qalmış Tom Phillips anaları ilə mübahisə etdikdən sonra uşaqları Ember (9), Maverick (10) və Jayda (11) ilə birlikdə ucqar kəndlərə qaçdı. Phillipsin övladlarının qanuni qəyyumluğu yoxdur.
The Guardian-ın xəbərinə görə, Phillips və uşaqlarının Vaykatonun geniş və təcrid olunmuş ərazisində gizləndiyi güman edilir. Detektiv baş çavuş Endi Sonders polisin yaxın günlərdə diqqətini Marokopa və ətraf ərazilərə yönəldəcəyini bildirib və əlavə edib: “Bu əməliyyat xüsusi xəbərin nəticəsi olaraq deyil, davam edən istintaqın bir hissəsi kimi həyata keçirilir”. Polis qrupları Marokopanın şimalındakı yaşayış məntəqələrini, o cümlədən Te Waitere və Te Maikanı araşdıracaq.
Waikato bölgəsi qərbdə geniş sahil xətti, mərkəzdə meşəlik və əkin sahələri və şimalda əhəngdaşı mağaraları şəbəkələri ilə tanınır. Marokopa, ən yaxın şəhər olan Hamiltondan iki saatlıq məsafədə, sıx meşələrlə əhatə olunmuş sakit və təcrid olunmuş bir qəsəbə kimi seçilir. Ərazinin çətin coğrafi şəraiti bu günə qədər Phillips və onun uşaqlarını izləməyi çətinləşdirib.
Orxan