Marta Kos Gürcüstanı Avropa inteqrasiyasına qayıtmağa çağırıb

Avropa Komissarı Marta Kos, Gürcüstan hakimiyyətinə Avropa inteqrasiyasına qayıtmağı tövsiyə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, Gürcüstanın IPN agentliyinin xüsusi müxbirinə bildirib.

Kos “Gürcü Arzusu”nu 100 gündən artıqdır etiraz aksiyası keçirən Gürcüstan vətəndaşlarını dinləməyə çağırıb.

Buna görə də, Avropa Komissarı, Gürcüstandakı siyasi böhranın ən yaxşı həlli kimi, etirazçıların fikirlərinin nəzərə alınmasını, onların və müxalifətin, habelə Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili’nin yeni parlament seçkilərinin keçirilməsini və siyasi məhbusların — etiraz aksiyalarında iştirak edənlərin azad olunmasını tələb etdiyini vurğulayıb.

“Lütfən, Avropanı seçin, çünki əks halda Rusiyanın təsiri altına düşərək özünüzə zərər verərsiniz və lütfən, həqiqətən də Avropa İttifaqının bir hissəsi olmağın tərəfdarı olan bütün nəsillərin, xüsusən də gənc nəslin qayğısına qalın”, – deyə Marta Kos bildirib.

 

 

Şəbnəm

Gununsesi.info