
Kolumbiyanın Qafqaz bölgəsində bombalı hücum baş verib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 5 əsgər həyatını itirib, 6-sı yaralanıb.
Milli mətbuatda yer alan xəbərlərə görə, Qafqazın Balboa qəsəbəsində körpünü təmir edən əsgərlərə bombalı hücum təşkil edilib.
Kolumbiyanın müdafiə naziri Pedro Sançez hücumu pisləyib və həyatını itirən əsgərlərin ailələrinə başsağlığı verib.
Qafqaz Qubernatoru Octavio Guzman X hesabında verdiyi açıqlamada: “Balboa-El Estrecho yolunda ordu hissələrimizə hücuma görə dərin təəssüf hissi keçiririk. Zorakılıq can almaqda və Qafqazın gələcəyini təhdid etməkdə davam edir” deyib.
Hücumdan əvvəl Kolumbiya Prezidenti Qustavo Petro X hesabında etdiyi paylaşımda Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin (FARC) keçmiş üzvləri tərəfindən dağıdılan körpünün yenidən tikiləcəyini və bunun bölgədəki kəndlilərin iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb etdiyini bildirmişdi.
Orxan