
Azərbaycan Yazıçılar Birliyi (AYB) keçmiş üzvü şair İlham Qəhrəmanın iddiaları ilə bağlı mülki qaydada məhkəməyə müraciət edib.
Gununsesi.info xəbər verir ki, bu barədə İlham Qəhrəman özü məlumat verib.
Şairin sözlərinə görə, Sabunçu Rayon Məhkəməsindən ona müvafiq bildiriş gəlib.
Məhkəmənin ilk iclası 10 aprel 2025-ci ilə təyin olunub.
Qeyd edək ki, İlham Qəhrəman mediada AYB-dən çıxmasının səbəbləri barədə geniş tənqidi yazı ilə çıxış edib.
O, 1997-ci ildən AYB üzvü olub.