
Pakistanın Bəlucistan bölgəsində silahlı yaraqlılar 400-dən çox sərnişini daşıyan qatara hücum edərək onlardan bir neçəsini girov götürüblər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Bəluc Azadlıq Ordusu (BLA) Kvettadan Pişəvərə gedərkən Caffar Ekspres Qatarına atəş açıb.
Separatçı qrup ucqar Sibi rayonunda qatara hücum etməzdən əvvəl yolu bombaladığını bildirib və qatarın nəzarətində olduğunu iddia edib.
Yerli KİV-in məlumatına görə, çərşənbə səhəri ən azı 16 yaraqlı öldürülüb, 104 sərnişin isə xilas edilib.
Orxan