
41 yaşında Alzheimer diaqnozu qoyulan avstraliyalı YouTuber Fraser bəzi simptomların 30 yaşlarının sonlarında göründüyü barədə xəbərdarlıq edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Alzheimer prosesini YouTube-da paylaşan iki uşaq atası Freyzer, əvvəllər baxdığı bir film haqqında heç nə xatırlamadığını və bunun Alzheimer xəstəliyinin əlaməti olduğunu sonradan anladığını söylədi.
Fraser, Alzheimer diaqnozundan bir neçə ay əvvəl bilişsel funksiyalarında bəzi problemlər yaşadığını, dərindən düşünməkdə çətinlik çəkdiyini və təhlil etmə qabiliyyətini itirdiyini ifadə etdi. Digər əlamətin özünü çox ciddi şəkildə göstərdiyini açıqlayan Avstraliya fenomeni, xəstəliyin qəbul edilməsi prosesindən belə danışıb:
”Qızım dəfələrlə axşam kinoya gedəcəyini söylədi, amma yadımdan çıxmışdı. Qızıma dəfələrlə zəng vurdum və ona çata bilməyəndə çox qorxdum. Demək olar ki, polisə gedib qızımın itdiyini dedim. Daha sonra qızım mənə zəng edib kinoteatrda olduğunu xatırlatdı. O zaman mən özüm üçün narahat olmağa başladım və peşəkar yardım almalı olduğumu anladım. Ətraflı müayinələr nəticəsində Alzheimer xəstəsi olduğum təsdiqləndi”
Alzheimer Dərnəyinin məlumatına görə, 30-40 yaşlarında Alzheimer xəstəliyi diaqnozu qoyulan insanların sayı olduqca nadirdir. Gün keçdikcə özünü daha çox yorğun hiss etdiyini deyən Fraser, hələ də işə gedə bildiyini, lakin gələcəkdə bu tempə yetişib yetişə biləcəyinə dair şübhələri olduğunu söylədi.
Alzheimer xəstəliyi beyində sinir hüceyrələrinin zədələnməsi və itməsi nəticəsində inkişaf edən nevroloji xəstəlikdir. Bu xəstəliyin dəqiq səbəbi bilinməsə də, genetik, ətraf mühit və yaşlanma faktorlarının qarşılıqlı təsiri nəticəsində meydana gəldiyi düşünülür.
Orxan