Pakistan ordusunun postuna basqın olub: 16 nəfər ölüb

  • By Günel
  • 21 Dekabr 2024 19:23

Silahlılar Əfqanıstanla sərhəddə Pakistan ordusunun postuna basqın edib.

Gununsesi.info APA – ya istinadən xəbər verir ki, hücum zamanı 16 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.

Məlumatda bildirilib ki, hücum gecə saatlarında olub. Silahlılar nəzarət-buraxılış məntəqəsində mövcud olan simsiz rabitə vasitələrini, sənədləri və digər əşyaları yandırıblar.

Gununsesi.info