Biləsuvarda 39 yaşlı kişi intihar etdi

  • By Günel
  • 21 Dekabr 2024 19:18

Biləsuvar rayonunda intihar hadisəsi olub.

Gununsesi.info “Qafqazinfo” – ya istinadən xəbər verir ki, hadisə dünən axşam radələrində şəhərin Nizami küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Nəhmədov Aqil Kamil oğlu yaşadığı evin həyətində özünü asaraq canına qəsd edib.

Əldə etdiyimiz məlumata görə, 3 uşaq atası olan Aqil ticarətlə məşğul olurmuş.

Gununsesi.info