Qətər səfirliyi 13 ildən sonra Dəməşqdə fəaliyyətini bərpa edib

  • By Günel
  • 21 Dekabr 2024 19:28

Qətər səfirliyi bu gün Dəməşqdə, 2011-ci ildə Suriyada vətəndaş münaqişəsinin başlanması ilə bağlı bağlanmasından 13 il sonra fəaliyyətini bərpa edib.

Gununsesi.info xəbər verir ki, “Report” bu barədə Qətərin “Al Araby” telekanalına istinadən məlumat verir.

Bildirilib ki, bu gün Suriyanın paytaxtındakı Qətər səfirliyinin binası üzərində əmirliyin bayrağı qaldırılıb.

Qətər Suriya üsyançılarının dekabrın əvvəlində Prezident Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmasından bəri Türkiyədən sonra səfirliyini açan ikinci ölkədir.

Gununsesi.info