Trampın 40 ölkəyə girişi qadağan edilə bilər

ABŞ-ın keçmiş prezidenti Donald Trampın məhkumluq statusuna görə 37 ölkəyə səfəri qadağan edilə bilər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki,  milli qanunvericiliklə mühakimə olunanların Avstraliya, Böyük Britaniya, Kanada və Yeni Zelandiyaya girişi məhdudlaşdırılıb.

Bildirilir ki, İran, Hindistan, Çin və Cənubi Afrikaya da səfər etmək qadağan edilib.

Amerika mətbuatının yazdığına görə, Tramp bu qadağa ilə üzləşə bilər ki, o, daxil olmaq üçün bu ölkələrin səlahiyyətlilərindən xüsusi icazə istəməli olacaq.

Qeyd edək ki, Tramp bundan əvvəl məhkəmənin qərar verəcəyi təqdirdə biznes qeydlərinin saxtalaşdırılması ilə bağlı işdə həbs olunmağa hazır olduğunu açıqlamışdı.

 

 

Gununsesi.info