Qərb Mediası:Pekin Moskvadan qazı Rusiya əhalisinə satılan qiymətə istəyir

Rusiyanın Çinlə “Sila Sibiri – 2” qaz kəmərinin tikintisinə dair saziş bağlamaq cəhdləri dalana düşüb.
Financial Times qəzeti yazır ki, əsas mübahisə qiymət və təchizat həcmləri məsələsində fikir ayrılığına görə baş verib.

Qəzetin mənbələrinin dediyinə görə Çin “Sila Sibiri-2” kəməri ilə çatdırılacaq qaz üçün Rusiyanın daxili yanacaq bazarı ilə eyni, yaxud buna yaxın qiymətlər ödəmək niyyətindədir. Halbuki Rusiyanın daxili bazarındakı qiymətlər hökumət subsidiyaları ilə tənzimlənir.

Bundan başqa Pekin qaz kəmərinin 50 milyard kubmetrlik güc həcminin kiçik bir hissəsini almağa hazırdır.

Qəzetin yazdığına görə bu məsələdə fikir ixtilafı o həddə çatıb ki, hətta Gazprom şirkətinin rəhbəri Aleksey Miller Vladimir Putini may ayında Çinə səfəri zamanı müşayiət etməyib. Daha ətraflı BİO-dakı linkdən oxuyun.