Meksikada ilk qadın prezident seçildikdən sonra qadın mer öldürülüb

Klaudiya Şeynbaumun Meksikada ölkə tarixində ilk qadın prezident seçilməsindən bir gün sonra ölkənin qərbindəki Kotija şəhərinin qadın meri Yolanda Sanchez Figueroa silahlı hücumda öldürülüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki,  Kotija şəhərinin qadın meri Yolanda Sançez Figueroa küçənin ortasında vurularaq öldürülüb.

Michoacan əyalətinin Daxili İşlər Nazirliyinin X hesabında edilən açıqlamada Figueroanın qətli pislənilib.

Bildirilir ki, Figueroa 2023-cü ilin sentyabrında Xalisko ştatının Quadalaxara şəhərindəki ticarət mərkəzindən qaçırılıb və 3 gün sonra tapılıb.

Qeyd edək ki, iyunun 2-də Meksikada yeni prezidentin müəyyənləşdirilməsi üçün seçkilər keçirilib.

Dünən açıqlanan nəticələrə görə, Klaudiya Şeynbaum seçkilərdə qalib gəlib.

 

 

Gununsesi.info