
Gölbaşı Adıyaman bölgəsində 120 işçi qida zəhərlənməsindən şübhələnərək xəstəxanaya yerləşdirilib.
Gununsesi.info TRT haber-ə istinadən xəbər verir ki, tikintidə işləyən 120 işçi axşam yeməyindən sonra yemək yeyərkən xəstələnib.
Hadisə yerinə çoxsaylı həkim briqadaları göndərilib. Bölgəyə gələn tibb qrupları tərəfindən ilk tibbi xidmətlər göstərilən işçilər Gölbaşı Dövlət Xəstəxanasına aparılıb.
Burada müalicə alan inşaatçıların yedikləri yeməkdən zəhərləndikləri və xəstələndikləri iddia edilib.
Hadisənin araşdırılması davam edir.
Gununsesi.info