Mişel Fon der Lyayen yenidən seçilməsinə mane ola bilər

Avropa Şurasının rəhbəri Şarl Mişel gərgin münasibətlərə görə Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Leyenin ikinci müddətə yenidən seçilməsinə mane olmağa çalışır.

Gununsesi.info xəbər verir ki, bu barədə Politico  yazır.

Məlumata görə, Mişelin gərgin münasibətdə olduğu fon der Leyenin yenidən seçilməsinə hər cür mane olacağından ehtiyat edirlər.

Bildirilir ki, Avropa Şurasının rəhbəri yüksək vəzifələrə namizədləri birlikdə müzakirə etmək əvəzinə, Aİ liderləri ilə təkbətək söhbət etmək taktikasından istifadə edə bilər.

Həmçinin qeyd edilir ki, Mişel Avropa Parlamentinə seçkilərdən sonra yüksək vəzifə bölgüsü prosesinə rəhbərlik etdiyi və üzv dövlətlər arasında danışıqları əlaqələndirdiyi üçün kifayət qədər təsir gücünə malikdir.

Məlumata görə, son bir neçə həftə ərzində bəzi Avropa ölkələri Mişelin real gündəmindən getdikcə daha çox narahatdır.

 

 

Gununsesi.info