“Qalatasaray”ın vitse-prezidenti istefa verdi

  • By ilhame
  • 04 İyun 2024 13:59

“Qalatasaray”ın vitse-prezidenti Erden Timur istefa verib.

 

Gununsesi.info xəbər verir ki, o bu barədə bu gün keçirilən mətbuat konfransında açıqlama verib.

 

Özümdən asılı olmayan səbəblərdən 1 ay, bəlkə də 1 aydan çox gündəmi məşğul etdiyim üçün ictimaiyyətdən üzr istəyirəm. Mən məsələni çempionata 1-1,5 ay qalmış prezidentimizə çatdırdım. Çempionluq yarışı olduğundan bunu həmin vaxt açıqlamaq mümkün deyildi. Klubdakı vəzifəmin davam etdiyini söyləməliydim. Bunu çempionatdan sonra 2 gün ərzində açıqlaya bilərdim, amma insanların sevincinin önünə keçmək istəmədim”, – deyə o bildirib.

 

Qeyd edək ki, 44 yaşlı funksioner 2022-ci ilin iyun ayından “Qalatasaray”da çalışırdı.

Gununsesi.info