ABŞ və Rusiya WADA-ya borcun həcminə görə liderdir

  • By ilhame
  • 04 İyun 2024 13:37

ABŞ və Rusiya 2024-cü il üçün Ümumdünya Antidopinq Agentliyinə (WADA) borcun həcminə görə liderdir.

 

Gununsesi.info xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

 

Rusiya bu ilin may ayının sonuna kimi olan 1 milyon 335 min 860 dollar borcunu ödəməyib. Cari ilin ən çox borcu isə ABŞ-yə məxsusdur – 3 milyon 624 min 983 dollar.

 

Rusiyanın ötən il üçün də borcu var. Bu məbləğ 1 milyon 267 min 23 dollara bərabərdir.

Gununsesi.info