
Çinli bloger Vanq Honqquanxinq sərvət nümayiş etdirdiyi üçün Weibo, Douyin və Xiaohongshu sosial şəbəkələrində bloklanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Bloqçu öz səhifələrində dəbdəbəli həyat nümayiş etdirib. O, bahalı paltarlar və zinət əşyaları geyinir, alış-verişini göstərirdi.
Bu da Çin hakimiyyətinin xoşuna gəlməyib. Onlar sosial şəbəkələrdə “gözəl görüntülərin yaradılmasına” qadağa qoyulmasını tələb ediblər.
İndi Wang Hongquanxing ölkədə məşhur platformalardan istifadə edə bilmir. Ona məxsus profillər silinib.
Bildirilir ki, Wang Hongquanxing-in səhifələrini milyonlarla istifadəçi izləyirdi. Onun təkcə Douyin-də 4,3 milyon izləyicisi var idi.
Hollandiyanın Leiden Universitetində Çin internet siyasəti üzrə ekspert Carwyn Morrisin sözlərinə görə, bir çox insanlar bu cür halları qəbul etmirlər, vulqar hesab edirlər, xüsusən də iqtisadi tənəzzül zamanı.
Gununsesi.info